BMT-nin iqlim danışıqlarında çox sayda aparıcı dünya lideri iştirak etmir
Tarix: 12-11-2024, 18:10
Dünya liderləri çərşənbə günü Birləşmiş Millətlər Təşkilatının illik iqlim konfransında (COP29) iştirak etmək üçün Bakıda bir araya gəliblər. Lakin futbol üzrə Dünya Kubokunun fonunda ulduz gücünə malik olan öncəki konfransla müqayisədə bu dəfə iştirakçılar arasında böyük adların və güclü dövlətlərin yoxluğu diqqəti cəlb edir. 2024-cü ilin iqlim danışıqları çox sayda tanınan ağıllı simalar və strategiya baxımından daha çox Beynəlxalq Şahmat Federasiyasının çempionatına bənzəyir.
Civilazerbaijan.com bildirir ki, atmosferi karbon qazı ilə çirkləndirən ölkələr siyahısında ilk 13 ölkə lideri tədbirdə iştirak etməyəcək. Həmin ölkələr 2023-cü ildə temperaturun yüksəlməsinə təsir edən qazların 70 faizinə görə məsuldur.
Dünyanın həm ən böyük çirkləndiriciləri, həm də ən güclü iqtisadiyyatları olan Çin və Birlşəşmiş Ştatlar öz liderlərini göndərmirlər. Hindistan və İndoneziya dövlət başçıları da konfransda iştirak etmirlər. Bu isə o deməkdir ki dünyanın ən çox çirkləndicisi olan və dünya əhalisinin 42 faizinə malik olan dörd ölkənin liderləri konfransda danışmayacaqlar.
“Bu, hərəkət etmək üçün siyasi iradənin yoxluğunun əlamətidir. Təcili addım atılması ehtiyacı hissinin yoxluğudur”, deyə iqlim alimi, Climate Analytics təşkilatının rəhbəri Bil Her deyib. O əlavə edib ki, “bu, bizim hal-hazırda qarşılaşdığımı problemləri izah edir”.
“Dünya qeydə alınan ən isti gününə, aylarına, ilinə, o cümlədən iqlim məhvi dərsinə şahid oldu”, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş konfransda iştirak liderlərə söyləib.
Amma Quterreş hələ də ümid etdiyini və Donald Trampın yenidən Birləşmiş Ştatlar prezidenti seçilməsinə örtülü istinad edərək, “Təmiz enerji inqilabı buradadır. Heç bir qrup, biznes və ya hökumət onu dayandıra bilməz” deyib.
2016-cı ildə Tramp ilk dəfə seçiləndə Birləşmiş Millətlər Təşkilatı rəsmisi bildirmişdi ki, dünyada 180 giqavat təmiz enerji və 700 min elektrik avtomobil var. İndi isə bu rəqəm 700 giqavat təmiz enerji və 14 milyon elektrik avtomobilə qədər artıb.
Ev sahibi Azərbaycanın prezidenti İlham Əliyev dünya liderlərinin iki gün davam edəcək nitqlərinin açılışını edərkən Ermənistanı, Qərb xəbər mediasını, iqlim fəallarını və ölkəsinin zəngin neft və qaz tarixini və ticarətini vurğulayan tənqidçiləri qeyd edərək, onları ikiüzlü adlandırıb və ABŞ-ın dünyanın ən böyük neft istehsalçısı olduğunu bildirib. O deyib ki, Azərbaycan dünya neft və qazının 1%-dən azını istehsal etdiyi üçün onu “neft dövləti” adlandırmaq “ədalətli deyil”.
Əliyev əlavə edib ki, günəş, külək və minerallar kimi neft və qaz da “tanrının hədiyyəsidir”: “Ölkələr bazarın ethiyacı olduğu üçün bu resursları bazara çıxarmalarına görə günahlandırılmamalıdırlar”.
COP29 iqlim danışıqlarının ev sahibi və prezidenti olan Əliyev deyib ki, onun ölkəsi mədən yanacağından yaşıl keçid üçün səy göstərəcək, “amma eyni zamanda, biz realistik olmalıyıq". (Amrikanın Səsi)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər