Az24saat.org saytının təsisçisi Vüqar Qurdqanlı həbs olunub
Tarix: 14-08-2024, 15:32
Avqustun 13-də Az24saat.org saytının təsisçisi Vüqar Qurdqanlı (Ələkbərov) həbs edilib.
Civilazerbaijan.com bildirir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Qurdqanlı ayrı-ayrı vətəndaşlara müxtəlif vədlər verərək onların etibarından sui-istifadə etməklə yüz min manatdan artıq pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib. Faktlarla bağlı onun barəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılıb, məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Vəkil Mehman Muradlı hesab edir ki, 178 və 1782.4-cü (dələduzluq və dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə irəli sürülən bu ittihamlar əsassızdır. O, avqustun 13-də saxlanılıb və həmin gün Xətai Rayon Məhkəməsi onun barəsində 1 ay 12 gün həbs qətimkan tədbiri seçib. Bu maddələrlə Qurdqanlını 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Az24saat.org saytı hələ 2018-ci ildə Rabitə Nazirliyinin Elektron Təhlükəsizlik Xidmətinin şikayəti əsasında Bakının Səbail Rayon Məhkəməsi tərəfindən bloklanıb.
Bundan sonrakı dövrdə Qurdqanlı sosial şəbəkələrdə və öz Facebook səhifəsində materiallar dərc edirdi. Onun nəşrlərində hökumətə və dövlət orqanlarına qarşı kəskin tənqidlər yer alırdı, Turanın məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər