2026-cı il Nobel Sülh Mükafatının qalibi məlum olub
Tarix: Dünən, 13:54
2026-cı il Nobel Sülh Mükafatının qalibi məlum olub.
Civilazerbaijan.com bildirir ki, Norveç Nobel Komitəsi bu mükafata "sülhün və beynəlxalq hüququn qorunması sahəsindəki xidmətlərinə görə" Navanethem "Navi" Pilleyi layiq görüb.
N.Pilley Cənubi Afrika Respublikasının (CAR) Durban şəhərində anadan olub. Nobel Komitəsinin məlumatına görə, o, vətənində kəskin ayrıseçkilik və təzyiqlərlə üzləşsə də, hüquqşünas peşəsinə yiyələnə bilib. Pilley CAR Ali Məhkəməsinə təyin olunan ilk qeyri-ağdərili qadın hakim kimi tarixə düşüb. O, həmçinin Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalının sədri, BMT-nin insan hüquqları üzrə ali komissarı və Beynəlxalq Cinayət Məhkəməsinin hakimi vəzifələrində çalışıb.
2025-ci ildə Nobel Sülh Mükafatı Venesuelanın müxalifətçi siyasətçisi Mariya Korina Maçadoya verilib. O, bu mükafata "Venesuela xalqının demokratik hüquqlarının təşviqi yönündə yorulmaz fəaliyyətinə, diktaturadan demokratiyaya ədalətli və dinc keçid uğrunda mübarizəsinə görə" layiq görülüb. 2026-cı ilin yanvarında Maçado medalını ABŞ prezidenti Donald Trampa təqdim edib. O, Trampın Venesuelanın azadlığına olan "müstəsna" sədaqətini yüksək qiymətləndirdiyini bildirib.
Bundan əvvəl ABŞ qüvvələri Venesuela lideri Nikolas Maduronu xüsusi əməliyyatla ələ keçirərək Nyu-Yorka aparıb və həbsxanaya yerləşdirib. O, özünə qarşı narkotik ittihamlarını rədd edir.
Qeyd edək ki, 2026-cı ildə Nobel İnstitutu sülh mükafatı üçün 287 namizəd qeydiyyata alıb ki, onlardan 208 nəfəri ayrı-ayrı şəxslər və 79-u isə təşkilatlar olub.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər












