AXCP üzvü Anar Ərkivanın saxlanıldığı bildirilir

Xəbərin çap versiyası
Tarix: Dünən, 16:58


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Anar Ərkivanın bu gün, oktyabrın 6-da saxlanıldığı bildirilir.

Civilazerbaijan.com
bildirir ki, partiyanın yaydığı məlumata görə, onu bir qədər əvvəl yaşadığı evdən zibil atmaq üçün çıxarkən dörd–beş mülki geyimli şəxslər saxlayıb.

Yaxınlarının sözlərinə görə, həmin şəxslər Ərkivanı məcburi şəkildə avtomobilə mindirərək naməlum istiqamətə aparıblar.

"Onun hazırda harada olduğu və onu kimlərin apardığı məlum deyil", - AXCP-dən əlavə edilib.

Hələlik, bu məlumata rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

A.Ərkivan bundan əvvəl il ərzində iki dəfə polisə müqavimət və xırda xuliqanlıq ittihamları ilə inzibati qaydada həbs edilib.

Partiya bu həbslərin siyasi motivli olduğunu bildirsə də, rəsmilər ölkədə siyasi həbs və təzyiqlərin olması barədə iddiaları tamamilə əsassız sayırlar, AzadlıqRadiosunun məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz