Azərbaycanda siyasi məhbusların yeni SİYAHISI
Tarix: Dünən, 17:18
Azərbaycanın Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaq oktyabr ayı üçün Azərbaycanda siyasi məhbus kimi tanınan şəxslərin siyahısını yeniləyib.
Civilazerbaijan.com bildirir ki, yenilənmiş siyahıda 322 nəfərin adı var. Bu, ən son mayda yenilənən siyahıdan 6 nəfər azdır.
Hesabata əsasən, son dörd ayda siyahıdakı 28 nəfərin həbs müddəti başa çatıb və azadlığa çıxıb. Onların arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Zamin Salayev, işçi hüquqları fəalları Elvin Mustafayev və Ayxan İsrafilov, satirik şair İbrahim Xudayi və 19 inanclı fəal var. Lakin eyni dövrdə müxalifət və vətəndaş cəmiyyətinə mənsub bir sıra şəxslər və inanclı fəallar məhkum edilib.
Siyahıda yer alan məhbuslar 12 qrup üzrə qruplaşdırılıb.
Siyahıya görə, həbsdə olan inanclı fəallar 178, siyasi partiya və vətəndaş cəmiyyəti üzvləri 46, jurnalist və blogerlər 31, "İmişli işi" üzrə məhkumlar 12, "Gəncə işi" üzrə məhkumlar 13, ömürlük həbsdə olanlar 12, "Tərtər işi" məhkumları 8, hüquq müdafiəçiləri 7, Avropadan deportasiya olunub həbs edilənlər 6, etnik azlıq fəalları 6, sülh fəalları 2, "Söyüdlü işi" məhkumları 2 nəfərdir.
Azərbaycan rəsmiləri isə bir qayda olaraq ölkədə heç kimin siyasi fikirləri və ya fəaliyyətinə görə həbs olunmadığını deyir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər












