Fransa vətəndaşlarını xüsusi zərurət olmadığı halda Azərbaycana səfər etməməyə ÇAĞIRIB

Xəbərin çap versiyası
Tarix: 4-09-2024, 20:48


Fransa vətəndaşlarına, o cümlədən ikili vətəndaşlığı olanlara heç bir səbəb olmadan Azərbaycana səfər etmək tövsiyə edilmir.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Fransanın Avropa və Xarici İşlər Nazirliyini 4 sentyabr tarixli məlumatında deyilir.

"Fransa vətəndaşları, o cümlədən ikili vətəndaşlığı olanlar, yaşayanlar və ya tranzit gedənlər Azərbaycanda həbs, özbaşına saxlanma və ədalətsiz məhkəmə çəkişməsi riski altındadır.

Bu risklə əsasən sadə turist səfəri və ya işgüzar səfər edən adamlar da üzləşə bilər. Həbs və ya saxlanma halında əsas hüquqlara hörmət təmin edilmir.

Bundan əlavə, Ermənistanla sərhəd rayonlara, eləcə də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin rayonlarına və keçmiş ətraf rayonlara getmək əvvəlkitək qəti şəkildə tövsiyə edilmir", - məlumatda deyilir.

Öz növbəsində, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Fransanın Avropa və Xarici İşlər Nazirliyini Azərbaycana səfərdən çəkinmək çağırışının "əsaslı olmadığını" bildirib.

"Fransanın belə əsassız, qərəzli qərarı və bəyanatı bu ölkənin Azərbaycanla münasibətləri daha da gərginləşdirmək niyyətindən xəbər verir.

Fransa vətəndaşlarının əsassız saxlanması və həbs edilməsilə bağlı Fransa Avropa və Xarici İşlər Nazirliyinin iddialarının heç bir əsası yoxdur", - Hacızadə deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda iki nəfər Fransa vətəndaşı həbsdədir. Onlardan biri, Martin Rayan casusluq ittihamı ilə həbs edilib.

Digəri, Klerk Teqo Hüqo Bakı metrosunda əmlaka (vaqonlarda qraffiti) ziyan vurduğuna görə həbs edilib.

Ayxan Hacızadə Fransanı "Azərbaycana qarşı qarayaxma kampaniyasına son qoymağa" çağırıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz