İqtisadçı Toğrul Vəliyevin də ölkədən çıxışına qadağa qoyulub
Tarix: 27-11-2024, 16:04
İqtisadçı Toğrul Vəliyevin ölkədən çıxışına qadağa qoyulduğu bildirilir.
Civilazerbaijan.com bildirir ki, iqtisadçı bu barədə sosial şəbəkə hesabında yazıb. Toğrul Vəliyev hesab edir ki, ölkədən çıxışına qadağa “AbzasMedia işi” çərçivəsində qoyulub.
“Azərbaycanda qalmaq cəza və ya təzyiq növüdür? Bilmirəm”, – iqtisadçı deyib.
Daxili İşlər Nazirliyindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.
Toğrul Vəliyev “AbzasMedia”nın əməkdaşlarına açılan cinayət işinə şahid qismində cəlb olunmuşdu. O, 2023-cü il noyabrın 28-də Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) dindirilmişdi. Noyabrın 29-da isə BŞBPİ-nin vəsatəti əsasında Xətai Rayon Məhkəməsi onun əmək haqqı kartına həbs qoymuşdu.
Bu arada bir neçə gün öncə Siyasi Menecment İnstitutunun (SMİ) direktoru Azər Qasımlının da ölkədən çıxışına qadağa qoyulub. O, noyabrın 25-də Bakı Şəhər Baş Polis İdarəsinə çağırılaraq şahid qismində dindirilib. Azər Qasımı hansı işlə bağlı dindirildiyini açıqlamayıb, Meydan TV-nin məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər