Gəncə xəstəxanasını hər il təmir edən sirli Kombinat

Xəbərin çap versiyası
Tarix: 11-12-2024, 12:45


Gəncə Şəhər Birləşmiş Xəstəxanası Rayonlarası İstehsalat Kombinatı ilə satınalma müqaviləsi bağlayacaq.

Civilazerbaijan.com
bildirir ki, Qaynarinfo-nun məlumatına görə, Kombinat Z.Məmmədov adına xəstəxanada əsaslı təmir işlərinin satın alınması ilə bağlı keçirilən tenderin qalibi seçilib. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 1 935 353,81 manatdır.

Rayonlarası İstehsalat Kombinatı ötən ildə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının eyni satınalma predmeti üzrə keçirdiyi tenderin qalibi olub.
Həmin tender üzrə satınalma müqaviləsi 989 723 manat təşkil edib.

Beləliklə, aydın olur ki, ötən il Z.Məmmədov adına xəstəxananın təmirinə 989 723 manat ayrılsa da, bir il sonra hansısa səbəbdən yenidən xəstəxananın təmirinə zərurət yaranıb.

Rayonlarası İstehsalat Kombinatına gəlincə, şirkət 2006-cı ildən fəaliyyət göstərir. Nizamnamə kapitalı 20 manatdır. Kombinatın qanuni təmsilçisi Baxışov Soltan Dursun oğludur. Açıq mənbələrdə onun haqqında heç bir məlumat yoxdur.

Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilən məlumatlardan aydın olur ki, Rayonlarası İstehsalat Kombinatı əsasən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının keçirdiyi satınalma müsabiqələrinin qalibi olur.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılovdur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz