Avropa Parlamentində Azərbaycandakı siyasi məhbuslara dəstək aksiyası keçirilib
Tarix: 18-12-2024, 15:16
Dekabrın 17-də Avropa Parlamentinin deputatları Azərbaycanda həbsdə olan jurnalistlərə və ictimai fəallara dəstək aksiyası keçiriblər.
Civilazerbaijan.com bildirir ki, bu barədə məlumatı Turan yayıb.
Əllərində həbsdə olan jurnalistlərin və ictimai fəlların fotolarını tutan parlament üzvləri Azərbaycanda vətəndaş cəmiyyəti və müstəqil mediaya qarşı repressiyalara son verilməsinə çağırış ediblər.
Bu günsə Avropa Parlamentinin plenar iclasında “Azərbaycanda vətəndaş cəmiyyətinə və müstəqil mediaya qarşı davam edən repressiyalar, Qubad İbadoğlu, Anar Məmmədli, Kamran Məmmədli, Rüfət Səfərov və Meydan TV işləri” mövzusu üzrə müzakirələr keçiriləcək. Müzakirələrin yekunu olaraq dekabrın 19-da qeyri-icbari qətnamə layihəsi səsverməyə çıxarılacaq.
Meydan Tv-nin məlumatında qeyd olunur ki, Avropa Parlamenti bu ilin aprelin 25-də və oktyabrın 24-də Azərbaycan hakimiyyətini siyasi məhbusları azad etməyə, Avropa İttifaqını insan hüquqlarını pozan azərbaycanlı rəsmilərə qarşı hədəfli sanskiyalar tətbiq etməyə çağıran qətnamələr qəbul edib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər