Fransanın Azərbaycandakı səfiri Ann Buayon İlham Əliyevə cavab verib

Xəbərin çap versiyası
Tarix: 19-12-2024, 15:17


Ötən gün Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın RİA agentliyinə müsahibəsində ölkəni "uğursuz dövlətə" çevirən prezident Makronun başçılığı ilə Fransa hökumətini tənqid edib.

Civilazerbaijan.com
bildirir ki, İlham Əliyev deyib:

"Hazırda Makron rejimi mahiyyətcə Fransanı uğursuz dövlətə çevirir".

Bu gün Fransanın Azərbaycandakı səfiri xanım Ann Buayon İlham Əliyevin sözlərinə istehza edərək Azərbaycan vətəndaşlarının başqa cür düşündüklərinə eyham vurub.

" Fransa səfirliyinə göndərilən viza sorğuları bu il yenidən artmaqdadır. Uğursuz dövlətlərin sirli cazibəsi haradan gəlir?”, - o, X sosial şəbəkəsindəki hesabında yazıb, Turan İnformasiya Agentliyinin məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz