Euronews: Bakı AZAL-ın təyyarəsinin qəzaya uğramasına Rusiya raketinin səbəb olduğunu təsdiq edir

Xəbərin çap versiyası
Tarix: Dünən, 18:52


Azərbaycan hökumətindəki mənbələr cümə axşamı Euronews-a çərşənbə günü AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğramasına Rusiyanın "yer-hava" tipli raketin səbəb olduğunu eksklüziv olaraq təsdiq ediblər.

Civilazerbaijan.com
bildirir ki, mənbələrin məlumatına görə, raket Qroznı üzərində PUA-larla mübarizə zamanı 8432 reysinə atılıb. Raket təyyarənin yaxınlığında partlayıb və onun qəlpələri sərnişinlərə və ekipaja dəyib.

Hökumətdəki mənbələr Euronews-a bildiriblər ki, pilotların qəza enişi haqqında xahişlərinə baxmayaraq, Rusiya aeroportlarının heç biri zədələnmiş təyyarənin enişinə icazə verməyib və təyyarəni Xəzər dənizi üzərindən Qazaxıstanın Aktau şəhəri istiqamətində uçurmaq əmr olunub.

Mövcud məlumatlara görə, dəniz üzərində bütün uçuş boyunca təyyarənin GPS naviqasiya sistemləri işləməyib.

Raket "Pansir-S" zenit-raket kompleksindən buraxılıb, deyə Azərbaycan hökumətindəki mənbələr bildiriblər.

Rusiya mənbələrinin məlumatına görə, AZAL-ın təyyarəsi Çeçenistan üzərindən uçarkən Rusiya HHM aktiv şəkildə Ukrayna PUA-larını vurmağa çalışırdı, Turanın məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz