Azərbaycan Kadırovdan etiraf və üzrxahlıq gözləyir, pul yox - Rəsmi Bakı

Xəbərin çap versiyası
Tarix: 27-12-2024, 14:17


Azərbaycan dekabrın 25-də Qroznıya uçan AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların və yaralananların ailələrinə maddi yardım göstərilməsilə bağlı Ramzan Kadırovun bəyanatını rədd edib.

Civilazerbaijan.com
bildirir ki, Azərbaycan Prezident Administrasiyası bəyan edib ki, ölkənin heç bir köməyə ehtiyacı yoxdur və belə bir köməyi qəbul etməyəcək.

"Azərbaycanın heç bir köməyə ehtiyacı yoxdur. Nə dövlət, nə də vətəndaşlar belə yardımı qəbul etməyəcəklər. Biz vətəndaşlarımıza lazımi yardımları göstəririk və göstərəcəyik. Azərbaycan faktın qəbul edilməsini, üzr istənilməsini və müvafiq təzminatın ödənilməsini tələb edir", - hökumətyönlü KİV Azərbaycan Prezident Administrasiyasının adı açıqlanmayan nümayəndəsinə istinadən bildirib.

Xatırladaq ki, fəlakətə səbəb Çeçenistanda hava hücumundan müdafiə sistemi Ukrayna dronlarını raket atəşinə tutarkən Qroznı yaxınlığında mülki təyyarəyə ciddi ziyan dəyməsi olub, Turanın məlumatında qeyd olunur.

Qeyd edək ki, Çeçenistan hakimiyyəti bir gün əvvəl bildirmişdi ki, "Ramzan Kadırovun göstərişi ilə onlar Bakıdan Qroznıya uçan AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların və yaralananların bütün ailələrinə maddi və digər yardım göstərməyə hazırdırlar”.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz