Ağ Evdən Azərbaycan təyyarəsinin qəzası ilə bağlı TƏKLİF

Xəbərin çap versiyası
Tarix: 28-12-2024, 10:51


ABŞ bu həftə Qazaxıstanda qəzaya uğrayan Azərbaycan Hava Yollarına məxsus təyyarənin Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulmasına dair ilkin əlamətlər görüb.

Civilazerbaijan.com
bildirir ki, dekabrın 27-də Ağ Ev bəyan edib ki, Vaşinqton qəzanın araşdırılmasına kömək təklif edib.

Ağ Evin sözçüsü Con Kirbi jurnalistlərə deyib: "Biz bu təyyarənin Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulması ehtimalına işarə edən bəzi ilkin əlamətlər gördük. Hazırda Qazaxıstan və Azərbaycanda araşdırma davam edir. Ehtiyac yaranarsa, biz bu istintaqa kömək təklif etdik", o qeyd edib.

“Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin dekabrın 25-də Qazaxıstan ərazisində qəzaya uğramış Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 67 nəfər - 62 sərnişin, 5 ekipaj üzvü olub. Onlardan 38 nəfər ölüb, 29 nəfər sağ qalıb. Sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü ölüb, 14-ü sağ qalıb. Qırğızıstandan üç sərnişin olub, hamısı sağ qalıb. 16 Rusiya vətəndaşı olub, onlardan 7-i ölüb, 9-u sağ qalıb. 6 sərnişin Qazaxıstandan olub, hamısı ölüb. Təyyarənin ekipajı 5 nəfərdən ibarət olub: 3 nəfər ölüb, 2 nəfər sağ qalıb.

Rusiya, Azərbaycan və Qazaxıstanın hakimiyyət orqanları təyyarənin qəzaya uğramasının səbəbləri ilə bağlı hələ rəsmi açıqlama verməyib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml istintaqın yekunlarına qədər “heç bir fərziyyə qurmaq fikrində deyil”.

Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, AZAL-ın təyyarəsi “hava şəraitinin pisləşməsi ilə əlaqədar” marşrutu dəyişib. Qazaxıstan Senatının sədri Maulen Aşimbayev “fotoşəkillərdən bəzi nəticələr çıxarmaq” cəhdlərini “spekulyativ” adlandırıb, Amerikanın Səsinin məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz