"Kotirovka kralı" "Ofis.A.M." - 1 ildə 331 satınalma müqaviləsi bağlayan şirkət kimindir?

Xəbərin çap versiyası
Tarix: Dünən, 17:25


"Ofis-A.M." şirkəti 2024-cü ildə 331 satınalma müqaviləsi bağlayıb.

Civilazerbaijan.com
bildirir ki, "Qaynarinfo"nun məlumatına görə, şirkət əsasən kotirovka sorğularında qalib seçilib.

Nizamnamə kapitalı 1000 manat olan şirkətin hansı tarixdə dövlət qeydiyyatına alındığı bəlli deyil. Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında bu barədə hər hansı qeyd yoxdur. Yalnız o məlumdur ki, şirkət ötən ilin fevralında reyestr məlumatlarına dəyişiklik edib. Dəyişikliyin nədən ibarət olduğu barədə bilgi yoxdur.

Şirkət reyestr məlumatlarına dəyişiklik ediləndən sonra dövlət satınalmalarında fəal iştirak etməyə başlayıb və 331 kotirovka sorğusunun qalibi seçilib və bütün sorğular üzrə satınalma müqaviləsi imzalanıb.

2025-ci il başlar-başlamaz şirkət iki kotirovka sorğusunda iştirak edib və qalib seçilib. Kotirovka sorğularından birini "Su İdman Sarayı", digərini isə Bakı Dövlət Universiteti keçirib.

"Ofis.A.M." şirkətinin qalib gəldiyi kotriovka sorğuları əsasən dəftərxana məhsullarının satın alınması ilə olub. Kotirovka kralı olan bu şirkət haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.

Şirkətin qanuni təmsilçisi Abdullayev Müşfiq Yavər oğlu barəsində də hər hansı məlumat yoxdur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz