İcra başçısı əməkhaqqısını tələb edən qadını həbs etdirib

Xəbərin çap versiyası
Tarix: Bu gün, 13:17


Bərdə şəhəri, Heydər Əliyev prospekti, ev 48-də yaşayan Hüseynova Sevinc Nəriman qızı ölkə başçısına müraciət edib.

Civilazerbaijan.com
bildirir ki, "Hürriyyət”in yaydığı həmin müraciətdə bildirilir:

"Cənab Prezident, mən, Hüseynova Sevinc Nəriman qızı, bildirirəm ki, 2021-ci ilin mart ayından "Dost” iş mərkəzində fəhlə kimi çalışmağa başlamışam. Dəfələrlə əmək haqqım kəsilib. Məsələ ilə bağlı oktyabr ayında prokurorluğa müraciət etdim. "Jek” müdiri Rauf Qafarov və müavini İldırım Quliyev şəxsi maşınları ilə 2-ci pambıq zavodunun qarşısına gələrək, məni orada hədələdi. "Darıxma gör sənin başına nə oyun açacağıq”, - dedilər. Halbuki mən sadəcə əməkhaqqımın kəsilməsinə etiraz etmişdim. Bundan öncə isə bir-iki dəfə mərkəzin əməkdaşı Rəhim Əliyevə dedim ki, mənim əməkhaqqımı qaytar. O isə cavab verdi ki, "ölən ölüb, get işinlə məşğul ol”.

"Sonra mənə deyirdilər ki, hara istəyirsən şikayət et, heç kəs bizə heç nə edəsi deyil. Şikayət etdiyim üçün icra başçısı Vidadi İsayev məni 8 sutka həbs etdirdi. Halbuki mən sadəcə olaraq öz halal əməkhaqqımı tələb etmişdim. Vidadi İsayevdən kim haqqını istəyir, ona divan tutur. Hər şeydən bezmişəm, ölüm həddinə gəlib çıxmışam. Haqqımı istədiyim üşün 5 dekabr 2024-cü il tarixində işimə xitam verdilər. Evdə 2 məktəbli uşaq var. Onu da qeyd edim ki, bütün qohum-əqrabalarının, oğlanlarının adları işdə olsa da, heç biri işə gəlmir. Hərəsinin əlində bir neçə kartı var. Haqsızlıq baş alıb gedir. Kimin əli kimin cibindədir, bəlli deyil.

Cənab Prezident, Sizdən xahiş edirəm ki, bu məsələlərin araşdırılması ilə bağlı göstəriş verəsiniz. Bərdədə biz kasıbların başına oyun açırlar”, - deyə Bərdə sakini bildirib.

Vidadi İsayev 14 ildir ki, Bərdənin icra başçısıdır.

O, Azərbaycan Prezidentinin 3 mart 2011-ci il tarixli sərəncamı ilə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz