Altı məntəqədə bələdiyyə seçkilərinin nəticələri ləğv edilib
Tarix: Dünən, 23:10
Yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində altı seçki məntəqəsinin nəticələri ləğv edilib.
Civilazerbaijan.com bildirir ki, bu barədə qərar fevralın 3-də keçirilən Mərkəzi Seçki Komissiyasının iclasında qəbul olunub.
Məlumata görə, bugünkü iclasda qeyd edilib ki, 81 saylı İmişli seçki dairəsi üzrə 42, 43, 44, 45, 46 saylı məntəqələrdə bələdiyyə seçkiləri üzrə nəticələr ləğv edilib.
Həmin məntəqələrdə Bəcirəvan kənd bələdiyyəsinə seçkilər keçirilib. Bununla da həmin bələdiyyəs üzrə seçkilərin nəticələrə etibarsız hesab olunur. Sözügedən bələdiyyənin tərkibinə Sabirabad rayonun Ağcüyür və Bəcirəvan kəndləri daxildir.
Eyni zamanda 23 saylı Nəsimi-Səbail seçki dairəsi üzrə isə bir seçki məntəqəsinin nəticələri ləğv edilib.
Bundan əlavə iclasda qeyd olunub ki, bələdiyyə seçkilərindən sonra MSK-ya 20 müraciət, dairə seçki komissiyalarına 10 müraciət daxil olub.
Müraciətlər 81 saylı İmişli, 69 saylı Biləsuvar, 119 saylı Ağdam kənd, 95 saylı Zərdab-Kürdəmir-Ucar seçki dairəsi, 82 saylı İmişli-Saatlı, 23 saylı Nəsimi-Səbail seçki dairələri üzrə daxil olub.
119 və 95 saylı seçki dairələri üzrə müraciətlər təsdiqini tapmadığından təmin edilməyib.
69 və 82 saylı seçki dairələri üzrə müraciətlər isə araşdırılması üçün dairə seçki komissiyalarına göndərilib.
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirilib. Səsvermə ölkə üzrə 118 seçki dairəsinin 5846 seçki məntəqəsində aparılıb.
Seçkilərdə 685 bələdiyyəyə 8071 bələdiyyə üzvü uğrunda 16 min 96 namizəd mübarizə aparıb.
Amerikanın Səsinin müxbiri Bakı şəhərində bir sıra seçki məntəqələrində seçkilərin gedişini izləyib. Seçki qutularında çoxsaylı bülletlenlər olsa da, səsəvermənin kütləviliyini müşahidə etməyib.
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Bahar Muradova Amerikanın Səsinə seçkilərin şəffaf və demokatik keçirildiyini bildirib.
Bununla yanaşı, bələdiyyə üzvlüyünə namizəd, fəal Cəmilə Əlişova bildirib ki, bələdiyyə seçkilərində qanun pozuntularını müşahidə edib.
İlkin nəticələrə görə, Azərbaycanda yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində seçicilərin 31,45 faizi səs verib.
Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib, Amerikanın Səsinin məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər