Putin AZAL təyyarəsinin qəzası ilə bağlı açıqlama vercəkmi? - RƏSMİ CAVAB

Xəbərin çap versiyası
Tarix: 7-02-2025, 17:30


Rusiya prezidenti Vladimir Putin Azərbaycanın AZAL aviaşirkətinin qəzaya uğraması ilə bağlı açıqlama verməyi planlaşdırmır.

Civilazerbaijan.com
bildiri ki, məlumatı jurnalistlərə Prezidentin mətbuat katibi Dmitri Peskov verib.

“Xeyr, heç bir plan yoxdur”, - deyə o, Azərbaycan mətbuatında Rusiyanın insidentə görə məsuliyyəti öz üzərinə götürməsi təklifi ilə çıxış edən KİV-lərlə bağlı sualı cavablandırıb.

Bu günlərdə Qazaxıstan Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı ilkin hesabatını açıqlayıb.

Hesabatda deyilirdi ki, araşdırma zamanı müxtəlif kənar elementlər aşkarlanaraq götürülüb və onların dəqiq mənsubiyyətinin müəyyənləşdirilməsi məqsədilə əlavə ekspertizaların keçirilməsi planlaşdırılıb.

Hesabatda təyyarənin füzelyajının arxa hissəsində, stabilizatorlarında, sol qanad və mühərrikdə, sükanda çox sayda dəlib keçən və kor zədələrin aşkarlandığı vurğulanır.

Dekabrın 25-də Bakı-Qroznı reysi ilə uçan Embaer-190 təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədəki 67 nəfərdən 38-i həlak olub.

Azərbaycan rəsmiləri qəzaya görə Rusiyanın məsuliyyət daşıdığını bildiriblər. Buna görə, Azərbaycan Rusiyadan qəzaya görə günahkarların cəzalandırılmasını və kompensasiya tələb edir.

Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığında qəzanın bu ölkənin səmasında baş verməsinə görə üzrxahlıq etsə də, baş verənlərə görə ölkəsinin məsuliyyət daşıdığını etiraf etməyib, Toplum TV-nin məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz