Azərbaycanda "Amerikanın səsi" radiosunun akkreditasiyası ləğv edilib

Xəbərin çap versiyası
Tarix: 24-02-2025, 20:27


Azərbaycanda "Amerikanın səsi" radiosunun müxbir akkreditasiyası ləğv edilib.

Civilazerbaijan.com
bildirir ki, bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə məlumat verib. Onun sözlərinə görə, "Rossiya Segodnya"nın (Sputnik) da Azərbaycandakı nümayəndəliyi də ləğv edilib.

A.Hacızadə bildirib ki, sözügedən qurum yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər.

"Amerikanın Səsi" ABŞ hökumətinin multimedia xəbər agentliyidir. 1942-ci ildən fəaliyyət göstərən bu təşkilat, 40-dan çox dildə, o cümlədən Azərbaycan dilində, xəbərlər, reportajlar və analitik materiallar təqdim edir.

ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask “Azadlıq” radiosu və “Amerikanın səsi”nin bağlanmasını təklif edib.

Azərbaycan hökuməti "BBC News Azərbaycanca"nın da Bakıda fəaliyyətinin dayandırılmasına göstəriş verib.

BBC-nin fevralın 20-də yaydığı bəyanatında vurğulanır ki, XİN-dən şifahi göstəriş aldıqdan sonra ölkədə ofisini bağlamaqla bağlı "könülsüz" qərar qəbul edib.

Media qurumu qeyd edib ki, hökumətin tələbi şifahi şəkildə çatdırılıb, onlar Azərbaycan hökumətindən yazılı heç nə almayıblar və bir sıra kanallar vasitəsilə məsələyə aydınlıq gətirməyə çalışıblar.

BBC-dən bildirilib ki, Bakıdakı jurnalist komandası işini dayandırsa da, Azərbaycan dilində xəbər verməyə davam edəcək.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz