Eritreyada girov saxlanılan dənizçilər Azərbaycana gətirilib
Tarix: 24-03-2025, 20:13
Beş aya yaxındır Eritreya sularında girov götürülmüş 18 nəfər azərbaycanlı dənizçi azadlığa buraxılıb və ölkəyə gətirilib.
Civilazerbaijan.com bildirir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) martın 24-də yaydığı məlumatda belə deyilir.
Nazirlik bildirir ki, gəmi heyəti Eritreyada olan müddət ərzində Azərbaycanın Efiopiyadakı Səfirliyi vasitəsilə heyətə konsulluq dəstəyi göstərilib, onların müvafiq qaydada ehtiyaclarının qarşılanması məqsədilə tədbirlər həyata keçirilib.
2024-cü il noyabrın 7-də Azərbaycanın dövlət bayrağı altında üzən “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmiləri Süveyş kanalı istiqamətindən Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərinə səfəri zamanı hava şəraitinin kəskinləşməsi nəticəsində Eritreyanın ərazi sularına məcburi giriş edib.
Keçid zamanı Eritreyanın liman qurumları ilə əvvəlcədən əlaqə saxlanılsa da, məlumat vermək mümkün olmayıb.
Dövlətin ərazi sularına giriş olunduqdan sonra girişin icazəsiz olduğu vurğulanaraq gəmilər saxlanılıb.
Gəmilərdə heyət üzvlərindən 18 nəfəri Azərbaycan, 6 nəfəri isə əcnəbi vətəndaşları olmaqla, ümumilikdə 24 nəfər olub.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər