QHT işi ilə bağlı yeni həbs olunanlar var

Xəbərin çap versiyası
Tarix: 10-04-2025, 20:27


Qeyri-hökumət təşkilatlarına qarşı davam edən cinayət işi əlaqədar daha bir neçə nəfər cinayət məsuliyyətinə cəlb olunub. Bunlardan biri Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədovdur. Bununla bağlı aprelin 9-da Binəqədi Rayon Məhkəməsi qərar verib.

Civilazerbaijan.com
bildirir ki, bnun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İş üzrə ada bir neçə nəfərin həbs edildiyi və ya cinayət məsuliyyətinə cəlb edilərək polis nəzarətinə verildiyi bildirilir.

Azərbaycan hakimiyyətinin müstəqil qeyri-hökumət təşkilatlarına (QHT) qarşı 2014-cü ildə başlanmış, daha sonra bağlanmış cinayət işi yenidən açılıb.

Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə saxtakarlığı və digər maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.

QHT-lərlə bağlı cinayət işi üzrə 50-yə yaxın şəxsin istintaqa cəlb olunduğu bildirilir.

Bu il martın 14-də “Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı və “Seçki Müşahidə Alyansı”nın rəhbəri Məmməd Alpay Məmmədzadə bu iş üzrə həbs olunublar.

ABŞ-nin German Marşal Fondunun (GMF) Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimli cinayət məsuliyyətinə cəlb olunub, istintaq müddəti ərzində polis nəzarətinə verilib.

Eyni cinayət işi üzrə “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov təqsirləndirilən şəxs kimi tanınıb və onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli isə ölkədə olmadığından onun haqqında qiyabi həbs qərarı çıxarılıb və axtarışa verilib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz