Tədqiqatçı İqbal Əbilova hökm oxunub

Xəbərin çap versiyası
Tarix: 20-05-2025, 19:58


Mayın 20-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində talış tarixinin tədqiqatçısı İqbal Əbilova hökm oxunub.

Civilazerbaijan.com
bildirir ki, məhkəmə gənc alimə dövlətə xəyanət maddəsi ilə 18 il həbs cəzası verib.

Əbilovun Hüquqlarını Müdafiə Komitəsi bildirib ki, bu hökm “elmin, azad sözün və etnik kimliyin cəzalandırılmasıdır”.

Bəyanatda əlavə olunur ki, Əbilov heç bir siyasi fəaliyyətdə iştirak etməyib və onun yeganə “cinayəti” elmi obyektivlik, vicdanlı araşdırma və mədəni irsi qorumaqdır.

Belarusda yaşayan İqbal Əbilov 2024-cü il iyulun 22-də Azərbaycana qohumlarının yanına gəldiyi zaman saxlanılıb.

İqbal Əbilov Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, razılaşdırılmış şəkildə Azərbaycanda milli zəmində nifrət yaratmaq cəhdində ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (dövlət əleyhinə yönələn açıq çağırışlar – xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrilə ittiham irəli sürülüb.

İqbal Əbilov bu ittihamlarla razılaşmır, özünü təqsirli bilmir. O, Latviyada qeydiyyatdan keçmiş Talış Milli Akademiyasının təsisçilərindən biridir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz