Qabil Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb
Tarix: 20-06-2025, 15:16
Almaniyada yaşayan və Azərbaycan hökumətinə qarşı tənqidləri ilə tanınan bloger Qabil Məmmədova qarşı açılan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Civilazerbaijan.com bildirir ki, İTV-nin süjetində deyilir ki, Qabil Məmmədov və ona təyin edilmiş müdafiəçi iyunun 23-dən etibarən cinayət materialları ilə tanış ola bilərlər.
“Qabil Məmmədova izah edilir ki, o, istintaqa gəlmədiyi halda Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən toplanmış materiallar məhkəməyə göndərilə bilər. Bu halda onun barəsində qiyabi hökm və ya digər yekun məhkəmə qərarı çıxarılması mümkündür”, – xəbərdə qeyd olunub.
Qabil Məmmədov Cinayət Məcəlləsinin ayrı-ayrı şəxslərə yalan vəd verməklə dələduzluq etmə, hədə-qorxu ilə tələb etmə, terrorçuluq, hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və başqa maddələrilə ittiham olunur.
2025-ci ilin martında Azərbaycanın Baş Prokurorluğu bu ölkədən xaricə mühacirət edən İlqar Hacıyev, Məhəmməd Mirzəli, Qurban Məmmədov, Elşad Məmmədov, Qabil Məmmədov, Tural Sadıqlını bir sıra cinayətlərdə şübhəli bilərək istintaqa çağırıb.
Çağırışa gəlməyənlər barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı əsasında barəsində həbs qətimkan tədbiri seçilib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər