Bəhruz Səmədova hökm oxunub
Tarix: 23-06-2025, 19:19
İyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində gənc tədqiqatçı, sülh fəalı Bəhruz Səmədovun işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.
Civilazerbaijan.com bildirir ki, məhkəmənin hökmü ilə B.Səmədov 15 il müddətinə azadlıqdan məhrum edilib.
Ötən prosesdə dövlət ittihamçısı Bəhruz Səmədova 16 il cəza verilməsini istəmişdi.
O, 4 gündən çoxdur ki, həbsinə etiraz olaraq ölüm aclığına başlayıb.
Çexiyanın Karlov Universitetinin doktorantı Bəhruz Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2024-cü il avqustun 21-də həbs olunub.
O dövlətə xəyanətdə ittiham edilir, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, milliyyətcə erməni olan qızlara məlumat ötürməkdə təqsirləndirilir.
Bəhruz Səmədov isə ittihamı qəbul etmir, yazılanların yalan olduğunu bildirir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər