Rusiya Odessada SOCAR-ın neft bazasına zərbə endirib

Xəbərin çap versiyası
Tarix: 8-08-2025, 23:50


Avqustun 8-də axşam Rusiya "Şahed" dronları ilə Azərbaycanın SOCAR neft şirkətinin Odessadakı neft bazasına hücum edib. Yanğın baş verib, dizel yanacağı kəməri zədələnib.

Civilazerbaijan.com
bildirir ki, bu barədə "RBC-Ukrayna" hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadla məlumat yayıb.

Yanğının sürətlə lokallaşdırıldığı, dörd işçinin ciddi xəsarətlər aldığı bildirilir.

Avqustun 8-nə keçən gecə Odessa və Xarkov dron hücumlarına məruz qalıb.

Avqustun 6-sında isə Rusiya dronları Odessa vilayətində kompressor stansiyasına hücum edib. Bu kompressor stansiyası Yunanıstanın LNG terminallarını Trans-Balkan boru kəməri vasitəsilə Ukraynanın qaz anbarları ilə birləşdirən marşruta daxildir, bu marşrutla artıq ABŞ-dən mayeləşdirilmiş təbii qaz (LNG) və sınaq həcmində Azərbaycan qazı tədarük olunur.

İyulda Ukraynanın "Naftoqaz Ukrainı" milli səhmdar cəmiyyəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə qaz alqı-satqısına dair ilk müqavilə imzalayıb.

Bu hücumlar Azərbaycanla Ermənistanın Vaşinqtonda sülh sammitinə qatılması, üç ölkə liderinin bir sıra sənədlər imzalaması ərəfəsində baş verib, AzadlıqRadiosunun məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz