Avstraliya İlham Rəhimova sanksiya tətbiq edib

Xəbərin çap versiyası
Tarix: Dünən, 16:25


Avstraliya hökuməti Rusiya hakimiyyəti ilə yaxınlığı olan şəxslərə maliyyə sanksiyası və səyahət qadağası tətbiq edib.

Civilazerbaijan.com
bildirir ki, 14 nəfərin yer aldığı siyahıda azərbaycanlı biznesmen İlham Rəhimov da var.

Avstraliya hökuməti şəxslərin sanksiyaya məruz qalmasına səbəb kimi onların Rusiyaya "iqtisadi və ya strateji əhəmiyyəti olan bir fəaliyyətlə məşğul olmaları və ya funksiya yerinə yetirmələrini" əsas gətirib.

Siyahıda, həmçinin, "Ural Dağ-Metallurgiya" şirkətinin həmtəsisçisi Andrey Koziçin, Moskva merinin müavini Maksim Liksutov, Tatarıstanın keçmiş prezidentinin oğlu Radik Şaymiyev, media meneceri Kristina Potupçik var.

Rusiya prezidenti Vladimir Putinin dostu olaraq tanınan Rəhimov 1999-cu ildən Rusiyada daşınmaz əmlak biznesi ilə məşğuldur.

Rəhimov 2005-ci ildə Putin tərəfindən "Azərbaycan və Rusiya arasında dostluq əlaqələrinin və əməkdaşlığın möhkəmləndirilməsi sahəsində gördüyü işlərə görə" 2-ci dərəcəli "Böyük Pyotr" ordeni ilə təltif olunub.

O, həmçinin, Azərbaycan prezidenti İlham Əliyev tərəfindən "əməkdar hüquqşünas" adına və "Şöhrət" ordeninə layiq görülüb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz