Mirzoyan erməni məhbusların məsələsini Azərbaycan rəsmiləri ilə müzakirə etdiyini deyir

Xəbərin çap versiyası
Tarix: Dünən, 21:06


Bakıda saxlanılan məhbusların azad edilməsi məsələsi Şarm əl-Şeyxdə Azərbaycan tərəfi ilə müzakirə olunub.

Civilazerbaijan.com
bildirir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan oktyabrın 14-də Finlandiyadan həmkarı ilə birgə mətbuat konfransında deyib.

"Bu istiqamətdə hər gün iş aparılır. Bəzən bu iş gözə çarpmır, bəzən isə effektiv olmur, yoxsa çoxdan həll olunardı. Amma səylərimizi dayandırmırıq və dünən Şarm əl-Şeyxdə Qəzza sülh sammiti çərçivəsində bu məsələni Azərbaycan tərəfdaşlarımızla yenidən müzakirə etdik", – Mirzoyan söyləyib.

Nazir Azərbaycan rəsmilərinin reaksiyası barədə bir söz deməsə də, yaxın gələcəkdə bu mövzuda "yaxşı" xəbərlərin olacağına ümidini bildirib.

Oktyabrın 13-də A.Mirzoyan Misirdə Azərbaycanın prezidentinin köməkçisi Hikmət Hacıyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. Ermənistanın baş naziri Nikol Paşinyanın isə Azərbaycan prezidenti ilə ayaqüstü söhbəti olub.

Rəsmi məlumatlara görə, Bakı həbsxanalarında 23 erməni məhbus saxlanılır. Onlardan bəziləri müxtəlif ittihamlarla azadlıqdan məhrum edilib. Qarabağın keçmiş separatçı liderlərinin məhkəməsi isə səkkiz aydır davam edir.

2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib. Bu il avqustun 8-də Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Vaşinqtonda sülh sazişini paraflayıblar, AzadklqRadiosunun məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz