Anar Əsədli həbs olunub
Tarix: Bu gün, 12:21
Oktyabrın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində fəaliyyəti dayandırılan Azərbaycan Yüksəliş Partiyasının (AY Partiya) başqanı Anar Əsədlinin məhkəməsi keçirilib.
Civilazerbaijan.com bildirir ki, prosesə hakim Elnur Nuriyev sədrlik edib. Məlumata görə, iki zərərçəkən dəymiş ziyanı ödəmədiyini əsas gətirərək A.Əsədlinin həbsi barədə məhkəməyə vəsatət verib.
Məhkəmə həmin vəsatəti təmin edib və onun barəsində seçilmiş başqa yerə getməmək haqda qətimkan tədbirinin həbslə əvəz edilməsi barədə qərar çıxarıb. Anar Əsədli elə zaldaca həbs edilərək istintaq təcridxanasına göndərilib.
Növbəti məhkəmə prosesi noyabrın 28-nə təyin edilib.
A.Əsədli 2023-cü il aprelin 21-də həbs edilsə də, həmin ilin iyulunda ev dustaqlığına buraxılıb. Ardından haqqındakı cinayət işinə xitam verilib. Ancaq sonradan Baş Prokurorluq xitam qərarını ləğv etdiyindən A.Əsədli barəsində dələduzluq ittihamıyla cinayət işi yenidən istintaqa qaytarılıb.
Anar Əsədli 4 nəfərə qarşı dələduzluqda təqsirləndirilir. Zərərçəkmiş qismində tanınan şəxslər arasında keçmiş prezident Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov da var.
2020-ci il dekabrın 6-da Azərbaycan Yüksəliş Partiyasının (AY Partiya) təsis qurultayında A.Əsədli partiyanın sədri seçilib, 2021-ci ilin oktyabrında isə həmin partiya dövlət qeydiyyatına alınıb.
2023-cü ilin iyunun 23-də sözügedən partiya fəaliyyətini dayandırdığını açıqlayıb. Həmin dövrdə Anar Əsədli həbsdə olub.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər












