Saleh Rüstəmovun Azərbaycandan çıxışına "stop" qoyulub
Tarix: Bu gün, 13:22
Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmovun ölkədən çıxışına qadağa qoyulduğu bildirilir.
Civilazerbaijan.com bildirir ki, bu barədə onun yaxınları məlumat yayıb. Onların vurğulamasıına görə, Rusiyada yaşayan S.Rüstəmov bacısı qızının vəfatı ilə əlaqədar vətənə gəlib. "İndi çıxıb getmək istəyir, çıxışına qadağa qoyublar. Hansı əsasa görə?", - onlar sual edirlər.
Bu məlumata Azərbaycanın rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.
1997-ci ildən Rusiyada yaşayan S.Rüstəmov sahibkarlıq fəaliyyəti göstərib. O, Azərbaycan Xalq Cəbhəsinin (AXC) hakimiyyəti dönəmində (1992-1993) icra başçısı işləyib.
2018-ci il mayın 8-də o, müvəqqəti gəldiyi Azərbaycanda həbs olunub və müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üç üzvü ilə birgə qanunsuz sahibkarlıqda, pul vəsaitlərini qanunsuz leqallaşdırmaqda təqsirləndirilib. İttihama görə, S.Rüstəmov AXCP-ni qanunsuz maliyyələşdirib. Amma o, ittihamı qəbul etməyib.
2019-cu il fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə S.Rüstəmov 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin qərarı ilə ona məxsus sayılan bir sıra daşınmaz əmlaklar da müsadirə olunub. (o, həmin əmlaklardan bəzilərinin başqalarına məxsus olduğunu deyib)
S.Rüstəmli 2022-ci ilin mayında əfv sərəncamı ilə azadlığa buraxılıb.
Yerli hüquq-müdafiə təşkilatları həbsdə olarkən onun adını siyasi məhbuslar siyahısına daxil etmişdilər. Amma Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.
Onunla həbs edilən AXCP funksionerlərindən ikisi hazırda azadlıqdadır, biri isə vəfat edib, AzadlıqRadiosunun məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər













