Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri Bakıdadır

Xəbərin çap versiyası
Tarix: 21-11-2025, 13:52


Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrup noyabrın 21-də Bakıya səfər edib.

Civilazerbaijan.com
bildirir ki, bu səfər oktyabrın 21-i və 22-də Azərbaycan nümayəndə heyətinin Yerevan səfərinə cavab olaraq reallaşır. Qeyd olunur ki, görüş bu il avqustun 8-də Vaşinqtonda qəbul edilmiş Birgə Bəyanatdan irəli gələn sülh gündəliyi çərçivəsində dialoqu davam etdirmək məqsədi daşıyır.

Oktyabrın 22-də Yerevanda Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın iştirakı ilə Ermənistan və Azərbaycanın qeyri-hökumət təşkilatlarının nümayəndələrinin ikitərəfli görüşü keçirilmişdi.

2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə keçirilmiş birgünlük hərbi əməliyyatlar nəticəsində Azərbaycan bütün əraziləri üzərində suverenliyinə nəzarəti bərpa edib. Bunun ardından Azərbaycan və Ermənistan arasında müxtəlif formatlarda sülh danışıqları aparılıb.

2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri münaqişənin sülh yolu ilə həlli ilə bağlı birgə bəyannamə imzalayıblar. Həmin gün tərəflər sülh müqaviləsinin mətnini də paraflayıblar və görüşün yekun sənədini təsdiqləyiblər. Bəyannamədə Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqənin yaradılması nəzərdə tutulur. TRIPP (Tramp marşrutu) adlanan bu marşrut Ermənistanın suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası çərçivəsində həyata keçiriləcək.

Paraflanmış mətnə əsasən, tərəflər bir-birlərinin ərazi bütövlüyünü tanıyır və qarşılıqlı iddiaların geri çəkiləcəyi qeyd olunur. Həmçinin sənəddə mövcud mübahisələrin danışıqlar yolu ilə həll edilməsinin vacibliyi vurğulanır.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz