Yasamalda yanğın olub, 3 nəfər ölüb
Tarix: 22-11-2025, 16:08
Noyabrın 21-i axşam saatlarında Bakının Yasamal rayonu, M.Seyidov küçəsində yaşayış binasında yanğın olub.
Civilazerbaijan.com bildirir ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin məlumatına görə, çağırış ünvanına 18 təcili tibbi yardım briqadası cəlb olunub: "20 nəfər Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Üç nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb".
Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər












