2026-cı il dövlət büdcəsi: gəlirlər azalır
Tarix: 9-12-2025, 18:26
Milli Məclisin dekabrın 9-da keçirilən iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Civilazerbaijan.com bildirir ki, “Azərtac”ın xəbərinə görə, sənədə əsasən, 2026-cı il büdcəsinin gəlirləri 38,6 mlrd manat, xərcləri isə 41,7 mlrd manat proqnozlaşdırılır. Mərkəzləşdirilmiş gəlirlər 37,85 mlrd manat, yerli gəlirlər 758,3 mln manat, mərkəzləşdirilmiş xərclər 40,94 mlrd manat, yerli xərclər isə 759,1 mln manat təşkil edəcək.
Daxili borclanmanın yuxarı həddi 2 mlrd manat, xarici borclanma 6 mlrd manat, dövlət zəmanətləri isə 3 mlrd manat olacaq. Büdcə kəsiri 3,09 mlrd manat müəyyənləşdirilib.
Neftin bir barelinin orta qiyməti 2026-cı il üçün 65 dollar götürülüb (2025-ci ildə 70 dollar idi). Azalma əsasən artan vergi daxilolmaları hesabına kompensasiya ediləcək.
İcbari tibbi sığorta fonduna ayrılan vəsait 900 mln manat təşkil edir ki, bu da 2025-ci illə müqayisədə 36,5% azdır. Qeyri-rəsmi çalışanların tibbi xərcləri artıq dövlət tərəfindən qarşılanmayacaq.
Sənəddə müdafiə xərclərinin artırılması da nəzərdə tutulur.
Qanun layihəsi müzakirələrdən sonra səsvermə ilə qəbul edilib, Toplum TV-nin məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər














