Xaricdə yaşayan blogerlərə qiyabi hökm oxunub

Xəbərin çap versiyası
Tarix: Bu gün, 14:37

Foto/kollaj: Toplum TV

Azərbaycandan xaricdə yaşayan blogerlər Tural Sadıqlı, Elşad Məmmədov, Süleyman Süleymanlı, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev və Orduxan Teymurxanın ittiham olunduqları cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.

Civilazerbaijan.com
bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçən prosesdə onlara qiyabi hökm oxunub.

Hökmə əsasən, Qurban Məmmədovun 14 il, digərlərinin hər birinin isə 9 il müddətinə azadlıqdan məhrum edilməsi qərarı verilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 214-2,-ci ( Terrorçuluğa açıq çağırışlar), 220.2-ci (Kütləvi iğtişaş, Hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə), 281.2-ci ( Silahlı qiyam, Eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə), 320.1 -ci (Rəsmi sənədi saxtalaşdırma) maddələri ilə ittiham olunublar.

Azərbaycan hüquq-mühafizə orqanları bu il ölkədən xaricdə yaşayan 24 tənqidçiyə qarşı müxtəlif ittihamlarla cinayət işi açıb və qiyabi məhkəmə prosesi başladıb.

Onların bəzilərinin məhkəmə prosesləri artıq başa çatıb və qiyabi hökmlər oxunub.

Tənqidçilər ittihamları rədd edir və çıxışlarına görə bu cür cinayət işlərinin açıldığını deyirlər, Toplum TV-nin məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz