Papoyan: Bu dəfə Azərbaycandan Ermənistana adi benzin də göndəriləcək
Tarix: Dünən, 13:41
"Bu dəfə Azərbaycandan Ermənistana "adi" benzin və dizel yanacağı da tədarük ediləcək".
Civilazerbaijan.com bildirir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan jurnalistlərlə deyib. O, yanacağın yaxın günlərdə Ermənistana çatdırılacağını əlavə edib.
"Bu, artıq sensasiyaya çevrilməməlidir, üçüncü də olacaq, beşinci də, 15-ci də. Mən artıq bu proseslə məşğul olmayacağam, hansısa şirkət Çindən nəsə idxal edəndə bununla məşğul olmadığım kimi", – Papoyan bildirib.
APA yanvarın 8-də Ermənistana hərəsindən 1000 ton olmaqla Aİ-92 markalı benzin və dizel tədarük olunacağını yazıb. Bundan əlavə, Ermənistana 1800 ton AI-95 markalı benzin də çatdırılacaq.
Dekabrın ortalarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ermənistana 1220 ton Aİ-95 markalı benzin çatdırıb. Bu benzinin beynəlxalq bazar qiymətlərinə uyğun satıldığı bildirilir.
Dekabrın sonunda G.Papoyan Gürcüstan üzərindən tranzit tarifinin yüksək, rəqabətə davamlı olmadığını deyirdi. Dekabrın 29-da Azərbaycanla Gürcüstanın xarici işlər nazirlərinin telefon danışığında tarif məsələsində razılıq əldə olunduğu açıqlanıb, AzadlıqRadiosunun məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər












