AXCP üzvü Əlixan Rəcəbli narkotik ittihamı ilə həbs edilib

Xəbərin çap versiyası
Tarix: Dünən, 14:03


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Masallı rayon şöbəsinin üzvü Əlixan Rəcəblinin həbs edildiyi bildirilir.

Civilazerbaijan.com
bildirir ki, partiyadan verilən məlumata görə, o, iki gün əvvəl - yanvarın 7-də narkotik ittihamı ilə həbs edilib.

Vurğulanır ki, siqaret belə çəkməyən, səhhətində ciddi problemlər olan Ə.Rəcəblinin narkotiklə əlaqəsi ola bilməz: "Onun həbsi yalnız sosial şəbəkələrdə apardığı siyasi fəaliyyəti ilə bağlıdır".

AXCP-dən bütün bu bildirilənləri, hələlik, cavabdeh rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, ölkədə siyasi fəaliyyətə görə həbslərin olması ilə bağlı deyilənləri əsassız sayırlar. Onlar vurğulayırlar ki, siyasi məhbus adlandırılan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

Qeyd edək ki, müxalifətdə olan AXCP-nin hazırda 20-yə qədər fəalı uzunmüddətli həbsdədir. Onların arasında AXCP sədri Əli Kərimli də var. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların siyasi sifarişlə həbs edildiyini açıqlayıb.

Ötən ay, dekabrın 12-də AXCP üzvü Elbəyi Kərimlinin saxlanıldığı 2 saylı Cəzaçəkmə Müəssisəsinin tibb məntəqəsində vəfat etdiyi açıqlanıb. Partiyadan onun şərləndiyinə görə özünə qəsd etdiyi iddia olunsa da, rəsmi qurumlar ölümün səbəbinin araşdırıldığını bildiriblər. O da narkotik ittihamı ilə 5 il həbs cəzası almışdı. AXCP-dən vurğulanmışdı ki, Kərimli 2023-cü ilin avqustunda keçmiş prezident Heydər Əliyevin heykəlinə "Stalin" yazdıqdan sonra narkotik ittihamı ilə şərlənib, AzadlıqRadiosunun məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz