İctimai fəalın sosial media şərhlərinə görə həbs olunduğu deyilir

Xəbərin çap versiyası
Tarix: 23-01-2026, 14:19


İctimai fəal Könül Əhmədova yanvarın 22-də Xəzər rayon Məhkəməsinin qərarı ilə 20 sutka inzibati həbsə məhkum edilib.

Civilazerbaijan.com
bildirir ki, bu barədə onun yaxınları məlumat yayıb.

Yaxınlarının sözlərinə görə, Əhmədova yanvarın 23-də onlarla əlaqə saxlayaq qeyd edib ki, o, İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1. (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi) maddəsi ilə ittiham olunur.

Əhmədovanın himayəsində 14 yaşına çatmayan iki azyaşlı övladı olduğu vurğulanır.

Yaxınları onunla telefonla danışana qədər ictimai fəalın 10 sutka inzibati həbsə məhkum olunduğunu bildirmişdilər.

Bu deyilənləri Daxili İşlər Nazirliyi və məhkəmədən dəqiqləşdirmək mümkün olmayıb.

AzadlıqRadiosunun məlumatında qeyd olunur ki, yerli hüquq müdafiəçilərinin son siyahısına görə, Azərbaycanda hazırda uzunmüddətli həbs edilmiş 340 siyasi məhbus var. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onların sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb edildiyini vurğulayırlar.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz