Araik Harutyunyan və digərlərinə hökm oxunub
Tarix: 5-02-2026, 15:20
Bu gün, fevralın 5-də Bakı Hərbi Məhkəməsində tanınmayan "Dağlıq Qarabağ respublikası"nın keçmiş liderləri və onlarla birlikdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Civilazerbaijan.com bildirir ki, hökmə əsasən, "Dağlıq Qarabağ Respublikasının keçmiş prezidenti" Araik Harutyunyan qəti olaraq ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
"Müdafiə nazirinin birinci müavini" Davit Manukyan, "parlament sədri" Davit İşxanyan, "keçmiş müdafiə naziri" Levon Mnatsakanyan və "keçmiş xarici işlər naziri" Davit Babayan da ömürlük həbs cəzası alıblar.
"Keçmiş prezident"lər Arkadi Qukasyan və Bako Saakyana isə 20 il həbs cəzası verilib.
Bu məhkəmə prosesi 2025-ci il yanvarın 17-də başlayıb. Təqsirləndirilən şəxslərin son sözlərindən sonra, dekabrın 26-da məhkəmə kollegiyası müşavirəyə getmişdi.
Harutyunyan və onunla mühakimə olunan 14 nəfərə 2 min 548 epizod üzrə terrorçuluq, soyqırımı, təcavüzkar müharibə başlama, işgəncə, qəsdən adam öldürmə də daxil, onlarla maddə ilə ittiham verilib. Bu maddələrdə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər












