Əli Kərimlinin həbs müddəti 4 ay uzadılıb
Tarix: 9-02-2026, 19:49
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbs müddəti məhkəmə istintaqına qədər daha 4 ay artırılıb. Bununla bağlı bu gün, fevralın 9-da Səbail rayon Məhkəməsi qərar verib.
Civilazerbaijan.com bildirir ki, bu barədə AXCP sədrinin müavini Seymur Həzi məlumat verib.
Həbsi qanunsuz sayan S.Həzi qeyd edib ki, Əli Kərimli istintaqa ifadə verməkdən imtina edib. Hələlik, bu açıqlamaya istintaqı aparan Dövlət Təhlükəsizlik Xidmətindən (DTX) münasibət almaq mümkün olmayıb.
Verilən məlumata görə, məhkəmə prosesi qapalı keçirilib. Bundan başqa cəbhəçilərin məhkəmə binasının önünə yaxınlaşmasına maneələr yaradılıb.
Qeyd edək ki, ötən il noyabrın 29-da həbs edilən AXCP sədrinə qarşı Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.
Əvvəlki qərarla onun həbs müddəti fevralın 13-də başa çatırdı.
Əli Kərimli ittihamı qəbul etmir, onu siyasi sayır.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər











