Altay Göyüşova qiyabi hökm oxunub
Tarix: 18-02-2026, 18:28
Bu gün, fevralın 18-də hazırda xaricidə olan tarixçi Altay Göyüşovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
Civilazerbaijan.com bildirir ki, yerli saytların məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, A.Göyüşovun 7 il müddətinə azadlıqdan məhrum olunmasını təklif edib.
Məhkəmədə müşavirədən sonra qiyabi hökm oxunub. Hökmə əsasən, A.Göyüşov 6 il müddətinə azadlıqdan məhrum edilib.
A.Göyüşov Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilir.
Hökmə onun münasibəti bəlli deyil.
Tarix elmləri namizədi A.Göyüşov Azərbaycan hakimiyyətinin tənqidçilərindəndir. Bakı Dövlət Universiteti və Siyasi Araşdırmalar İnstitutunda çalışıb. Müsavat Partiyasında təmsil olunub, ReAL Hərəkatının yaradıcılarından olub, hər iki qurumu tərk edib. A.Göyüşov hazırda Parisdəki "Sciences-Po" Universitetində elmi işçi kimi çalışır.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər













