AXCP üzvü Vüqar Qədirlinin həbsxanada səhhətinin pisləşdiyi deyilir
Tarix: 23-03-2026, 16:13
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) İmişli rayon şöbəsinin dekabrda həbs edilən fəalı, ikinci qrup əlil (Qarabağ müharibəsində xəsarət alıb) Vüqar Qədirlinin səhhətinin pisləşdiyi bildirilir.
Civilazerbaijan.com bildirir ki, bu barədə onun yaxınları məlumat verib. Onların deməsinə görə, hazırda Lənkəran rayonundakı həbsxanada saxlanan Xalq Cəbhəsi üzvü lazımı müayinə və müalicədən kənarda qalıb.
Bu açıqlamaya cavabdeh rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Qanunsuz silah saxlamada ittiham edilən V.Qədirli barəsində dekabrın 13-də Nərimanov rayon Məhkəməsində həbs-qətimkan tədbiri seçilib. O, dekabrın 12-də saxlanıb.
AXCP onun saxta ittihamla şərləndiyini açıqlayıb.
Qeyd edək ki, müxalifətdə olan AXCP-nin, sədr Əli Kərimli də daxil, 20-dək fəalı hazırda həbsdədir. Partiya müxtəlif ittihamlarla üzləşən bu şəxslərin həbsini siyasi sayır. Amma rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı fikirləri əsassız sayırlar. Onların vurğulamasına görə, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.
Yerli hüquq müdafiəçilərinə görə, hazırda Azərbaycan həbsxanalarında 340-a yaxın siyasi məhbus var, AzadlıqRadiosunun məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər











