Nazim Bəydəmirlinin yenidən "kars"a salındığı bildirilir
Tarix: 16-05-2026, 15:51
Həbsdə olan keçmiş deputat Nazim Bəydəmirlinin dünən, mayın 15-dən qida və dərmanlarını qəbul etməyə icazə verilmədiyi bildirilir.
Civilazerbaijan.com bildirir ki, bu barədə onun həyat yoldaşı Fəridə Bəydəmirli məlumat yayıb.
“Hər kəsin gözü önündə bir sutka günəşin altında ayaqüstə saxlaylblar, sonra “kars”a (cərimə kamerası) göndəriblər. Nazimin həyatından çox narahatıq. Müraciət etdiyim səlahiyyətli orqanların heç biri geri dönüş etməyiblər”, deyə Fəridə Bəydəmirli vurğulayıb.
Fəridə Bəydəmirli daha əvvəl isə iddia etmişdi ki, məhbuslardan biri ərinin mənsub oldugu bölgəyə, millət vəkili seçildiyi Gədəbəy rayonuna, onun soyadına, əqidəsinə və statusuna sataşaraq, provakasiya xarakterli hərəkətlər edib:
“Nazim bu məsələ ilə bağlı rəhbərliyə ölçü götürülməsiylə bağlı bir neçə dəfə müraciət edib.”
Fəridə Bəydəmirli hesab edirdi ki, həmin məhbus xüsusi təlimat üzrə hərəkət edir.
Hələlik, bu açıqlamalara Penitensiar Xidmət, başqa aidiyyatı qurum və tərəflərdən münasibət almaq mümkün olmayıb, AzadlıqRadiosunun məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər












