Əxlaqsız ifadələrə yer verən saytlara giriş bloklanacaq

Xəbərin çap versiyası
Tarix: Bu gün, 17:17


Milli Məclis “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna yeni dəyişikliyi qəbul edib.

Civilazerbaijan.com
bildirir ki, Milli Məclisin iyulun 10-da keçirilən iclasında müzakirəyə çıxarılan dəyişikliyə əsasən, internet informasiya ehtiyatlarına giriş müəyyən hallarda müvəqqəti olaraq məhdudlaşdırıla bilər.

Buraya narkotik, qumar və intiharın təbliği, pornoqrafik məzmun, əxlaqsız ifadələr, təhqir və şəxsi həyatın toxunulmazlığını pozan informasiyaların yerləşdirilməsi halları daxildir.

Qanun layihəsinə əsasən, bu cür informasiyaların yerləşdirilməsi hallarında internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə giriş icra hakimiyyəti orqanının qərarı əsasında müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz