Bəşir Süleymanlı məhkəmə prosesinin uzadılmasına etiraz edir

Xəbərin çap versiyası
Tarix: Bu gün, 16:06


Vətəndaş Hüquqları İnstitutunun həbsdə olan direktoru Bəşir Süleymanlı ittiham olunduğu iş üzrə məhkəmə proseslərinin ləng aparılmasından və yaxınları ilə açıq görüş icazəsi verilməməsindən şikayət edir.

Civilazerbaijan.com
bildirir ki, B.Süleymanlının yaxınlarının verdiyi məlumata görə, o, məhkəmə proseslərinin məqsədyönlü şəkildə uzadıldığını düşünür.

“Məhkəmə prosesini uzatmaqla məni faktiki qapalı həbsdə saxlamağa davam edirlər. Bir il yarımdır ki, qapalı şəraitdə qalmışam. Hesab edirəm ki, bunu qərəzli şəkildə edirlər. Odur ki, məhkəmə proseslərinin uzadılmasına etiraz edirəm və proseslərin tez keçirilməsini istəyirəm”, - o bildirib.

B.Süleymanlının sonuncu məhkəmə prosesi iyulun 30-da keçirilib və növbəti proses oktyabrın 1-ə təyin olunub. Hüquq müdafiəçisi yaxınları ilə açıq görüş verilməməsindən də şikayətçidir.

“Həbs olunandan bu günə kimi, yəni bir il yarımdır ki, övladlarımı görə bilmirəm. Bundan əlavə valideynlərim yaşlı insanlardır, müxtəlif xəstəliklərdən əziyyət çəkirlər. Hər dəfə mənimlə görüşə gəlmək üçün rayondan Bakıya 4-5 saatlıq yol gəlirlər. Amma onlarla görüşə ancaq şüşə arxasından icazə verilir. Onlar yaşlı adam olduqları üçün eşitmələrində problemlər var. Ona görə də qapalı görüşdə ancaq telefon vasitəsi ilə danışırıq. Çox vaxt onlar mənim dediklərimi eşitmirlər", - o qeyd edib.

Bəşir Süleymanlı 2025-ci il martın 14-də saxlanılıb. Ona Cinayət Məcəlləsinin 193-1.2.2, 193-1.2.3 və 193-1.3.2-ci - qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı təkrar leqallaşdırma, 308.1-ci – vəzifə səlahiyyətlərindən sui-istifadə və 313-cü - vəzifə saxtakarlığı maddələri ilə ittiham irəli sürülüb.

Bəşir Süleymanlı isə ittihamları qəbul etmir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz