Azərbaycanlı xanım evində yüzədək pişik saxlayır - - VİDEO

Xəbərin çap versiyası
Tarix: 27-07-2017, 13:54
Azərbaycanlı xanım evində yüzədək pişik saxlayır -


Almaniyadan Vətənə döndükdə, orada saxladıqları pişiklərə də sənəd düzəldərək özü ilə gətirib

Yüzədək pişiyə sahiblik etmək, heç bir gəliri, mənfəəti olmadan onlara qulluq etmək hər kəsin bacardığı iş deyil.

SİVİl.AZ xəbər verir ki, Mingəçevir sakini Arzu Mahmudova isə, bütün çətinliklərə, əziyyətlərə baxmayaraq böyük bir pişik ordusuna sahiblik edir.

Bina evində yaşamasına baxmayaraq, neçə illərdir sahibsiz pişikləri mənzilində bəsləyir. Heç bir yerdə işləməyən Arzu xanım, ayda pişiklərin yeməyinə 40-50 manat xərcləyir.

A. Mahmudovanın sözlərinə görə, bir müddət Almaniyada yaşayıb və Vətənə döndükdə, orada saxladıqları pişiklərə də sənəd düzəldərək özü ilə gətirib Mingəçevirə. Sonradan sahibsiz pişiklər də ev sahibinin mərhəmətini görərək, onun evinə axın edib. Şəhər sakinlərinin, azdırmaq istədikləri ev heyvanlarını da gətirib bu binanın yaxınlığına buraxmaları, getdikcə pişiklərin sayını daha da artırıb.

Arzu xanım, pişiklər çoxaldıqca onlara baxmağın çətin olduğunu, buna maddi imkanının da çatmadığını bildirir. Lakin onları azdırmağa, evə buraxmamağa mərhəməti yol vermir.( sputnik.az)




civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz