Abituriyentlərin nəzərinə: sonradan peşman olmamaq üçün izləyin - VİDEO

Xəbərin çap versiyası
Tarix: 29-07-2017, 19:34
Abituriyentlərin nəzərinə: sonradan peşman olmamaq üçün izləyin -


Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası haqqında maarifləndirici videoçarx hazırlayıb.

Mərkəzdən SİVİL.AZ-a verilən məlumata görə, videoçarxda elektron ərizənin doldurulma qaydası mərhələ-mərhələ izah edilib.

Qeyd edək ki, ali təhsil müəssisələrinə bütün qruplar üzrə müsabiqə şərtini ödəmiş abituriyentlər üçün ixtisas seçimi iyulun 29-dan avqustun 10-dək internet vasitəsilə aparılacaq. Bu müddət ərzində müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin qarşısında öz ixtisas seçiminə bir daha nəzər salmaq, seçimini dəqiqləşdirmək və təsdiqləmək vəzifəsi durur.




civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz