"Azərişıq"dan borclu abonentlərə XƏBƏRDARLIQ
Tarix: 14-12-2017, 10:55
“Azərişıq”ASC borclu abonentlərə xəbərdarlıq edib.
SİVİL.AZ bildirir ki, qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin Oxu.Az-a verdiyi məlumata görə, fəaliyyəti dövründə debitor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı dekabrın 19-da, saat 12:00-dan etibarən “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun olaraq qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.
Elektrik enerjisindən istifadəyə görə yaranmış borcla əlaqədar enerji təchizatı dayandırılmış abonentlərin “Borc Ödənilmədən Şəbəkəyə Özbaşına Qoşulma”sı elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş istehlakçılara qarşı Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun olaraq “Azərişıq” ASC tərəfindən ciddi tədbirlər görüləcək.
Elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamamaları üçün istifadə olunmuş elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər