Təhsil Nazirliyi: Bəzi məktəblərə muxtariyyət veriləcək

Xəbərin çap versiyası
Tarix: 15-12-2017, 13:14
Təhsil Nazirliyi: Bəzi məktəblərə muxtariyyət veriləcək


"Bəzi məktəblərə müəyyən çərçivələrdə fənlərlə, məzmunla bağlı muxtariyyət veriləcək".

SİVİL.AZ
Report-a istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, kurikulum sistemi ilə bağlı hazırlanan yeni standartlara edilən əsas dəyişiklikdə öz keyfiyyətləri ilə seçilən, təmayüllü məktəblərə müəyyən çərçivələrdə fənlərlə, məzmunla bağlı muxtariyyətin verilməsi məsələsi yer alacaq: "Hazırkı kurikulum sistemi buna imkan vermir. İlkin mərhələdə bu, çox az sayda məktəblərə şamil olunacaq. Bu məktəbləri Təhsil Nazirliyi seçəcək. Məktəblər öz fənlərini müəyyən etməkdə daha çox muxtariyyət əldə edəcəklər".

Şöbə müdiri bildirib ki, yeni standartlar hazırda ictimai müzakirəyə təqdim olunub: "Yeni standartlarda müəyyən fərqliliklər var. Belə ki, standartlara dəyərlər də əlavə olunub. Məsuliyyətlilik, çalışqanlığı tədrisin bir hissəsi kimi görürük. İlk vaxtlar kurikulum sistemində mövzu əsas rol oynayırdı. 2008-ci ildən bu günə qədər bilik və bacarığa əsaslanan kurikulum sistemi idi. Xeyirxahlıq, vətənpərvərlik, sevginin aşılanması yeni əlavə olunan dəyərlərdə öz əksini tapıb".

E.Əmrullayev qeyd edib ki, sənədin müzakirələri zamanı təkliflər gözlənilir, bundan sonra təsdiqlənməsi üçün hökumətə göndəriləcək.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz