Bakıda iki qadın kişi üstündə davaya çıxdı: Biri bıçaqlandı - TƏFƏRRÜAT
Tarix: 18-12-2017, 12:30
Sabunçu rayonunda baş verən qanlı hadisənin təfərrüatları məlum olub.
SİVİL.AZ Ölkə.az-a istinadən xəbər verir ki, ötən gecə Sabunçu qəsəbəsi, İlyas Aslanov küçəsində 23 yaşlı Cəlilabad rayon sakini Babayeva Aynurə Fazil qızı bıçaq xəsarəti ilə 3 saylı xəstəxanaya müraciət edib. Cərrahiyyə əməliyyatı olunan qadının vəziyyəti orta-ağırdır.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsi tərəfindən araşdırmalara başlanılıb və hadisənin 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Əliyeva Günay Xanbaba qızı tərəfindən törədildiyi məlum olub. Saxlanılan G.Əliyeva törətdiyi cinayət əməlini etiraf edərək bildirib ki, cinayəti qısqanclıq zəminində törədib. Qadının dediyinə görə, həyat yoldaşı, Füzuli rayon sakini Əliyar Əhmədov bir neçə ildir ki, A. Babayeva ilə qeyri-rəsmi münasibətdədir. Bununla bağlı dəfələrlə Aynurəyə xəbərdarlıq etsə də, o, Əliyar ilə görüşməyi davam etdirib. Ötən gün isə Günay Aynurəyə zəng edərək onu görüşə çağırıb və üzərində gəzdirdiyi cib bıçağı ilə ona bir neçə xəsarət yetirib.
Əliyar Əhmədov da hadisənin onunla bağlı olduğunu etiraf edib. Hətta bıçaqlanan Aynurəni xəstəxanaya çatdırdığını da bildirib.
Fakt üzrə Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb və G.Əliyeva şübhəli şəxs qismində saxlanılıb. Qeyd edək ki, saxlanılan qadının 2 azyaşlı övladı var.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər