“SKA Rostov-Don”da azərbaycanlı baş məşqçi
Tarix: 18-12-2017, 12:34
Azərbaycan əsilli Kamil Bayramov “SKA Rostov-Don” futbol komandasının baş məşqçisi təyin olunub.
SİVİL.AZ Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Rostov klubunun rəhbərliyi azarkeşlərlə görüşündə deyib.
Həmin görüşdə baş məşqçinin köməkçisinin də adı məlum oldu. Bu posta isə Aleksandr Tatarkin gətirilib.
Qeyd edək ki, 45 yaşlı Kamil Bayramov əvvəllər vilayət çempionatının ali liqasında çıxış edən “SKA-2 DQTU”-a başçılıq edib. K. Bayramovun “A” kateqoriyalı məşqçi lisenziyası var.
“SKA Rostov-Don” Rusiya Peşəkar Futbol Liqasının Cənub zonasında çıxış edir. Komanda cari mövsümdə keçirdiyi 18 oyunda 27 xal toplayıb və turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər