NATO: Qarabağ nizamlanmasında yeni səylərin tezliklə nəticə verəcəyinə ümid edirik
Tarix: 18-12-2017, 12:57
“NATO Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yeni müsbət addım görəcəyinə ümid edir”.
SİVİL.AZ-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Ermənistanda səfərdə olan NATO baş katibinin müavinin Ruz Qottemuller İrəvan Dövlət Universitetinin tələbə və müəllim heyəti ilə görüşü zamanı deyib.
O bildirib ki, bu münaqişənin həlli bütün regiona təsir edəcək.
NATO rəsmisi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin son görüşünü də müsbət qiymətləndirib: “Biz irəli sürülmüş diplomatik səylərdən məmnunuq və ümid edirik ki, tezliklə bu səylər nəticə verəcək”.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər