Nigar Camal: Bu boyda yalan olar?

Xəbərin çap versiyası
Tarix: 18-12-2017, 16:09
Nigar Camal: Bu boyda yalan olar?


Müğənni Nigar Camal Əməkdar artist Röya Ayxanla aralarında baş verən mübahisəyə sosial şəbəkə vasitəsilə aydınlıq gətirib.

SİVİL.AZ
oxu.az-a istinadla xəbər verir ki, ifaçı həmkarının onun barəsində dediyi sözlərin yalan olduğunu vurğulayıb.

“Mən bu barədə açıqlama vermək istəmədikcə, görürəm, hər kəs ağzına gələni danışır. Bəziləri də mənim susmağımdan istifadə edərək ürəyi nə istəyir danışır, yazır. Doğrudan da, ayıbdır.

Nə səviyyəsiz ifadələr işlədirsiniz? Bu millətə belə şeylər lazımdır? Mən bənzətmək istədiklərinizə bənzəməyəcəyəm. Səsimi, oxumağımı bəyənməyə bilərsiniz. Amma mənim adımı bir də belə mərifətsiz söhbətlərdə çəkməyin. Ola bilsin ki, bu cür ifadələr kimlər üçünsə adi bir şeydir. Amma mənim üçün belə deyil.

Sabah gözügötürməzlik edərək saçımın qaynaq olduğunu deyəcəklər. İnsan özündə olmayan şeylərə görə şər atıb özünü sakitləşdirəcəyini düşünür, amma doğrunu özü yaxşı bilir. Hələ məni sevdiyindən bu qədər söz çıxarmısan. Sevən insan zəng vurub problemini soruşar. Qalmaqaldan qaçdıqca, məni qalmaqala salmağa çalışmayın. Bu boş, mənasız söhbətlərdən yoruldum. Ondan müsahibə alan jurnalistə deyir ki, mənə arxasını çevirdi. Bu boyda yalan olar?

Zalda yanında oturanda arxanı necə çevirmək olar? Həyəcanlı olub, yəqin. Əlini uzatdı, mən də əlini sıxıb təbrik etdim. Bu söhbətlər haradan çıxdı? Deyirlər ki, gündəmə gətirdik. Mənə belə səviyyəsiz söhbətlərlə gündəmə gəlmək lazım deyil. Danışmaq istəmirəm, amma məcbur edirsiniz. Gündəmdə qalmaq üçün başqasını seçin”, - deyə o yazıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz